Çempionlar Liqası

Bir gecədə on il qocalıb

Pep Qvardiola “Bavariya” ilə oyundan sonra keçirdiyi emosiyalardan danışıb.

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Mançester Siti” münxenliləri darmadağın edib (3:0).

“Bu qələbə rahat olmadı, mən emosional cəhətdən qırıldım. Bu gecə 10 yaş qocaldım. Çox məsuliyyətli oyun idi.

Münxendə nə etməli olduğumuzu dəqiq bilirəm. Yaxşı oynamasaq, onlar da bizə 3 qol vura bilərlər. Bunu dəqiq bilirəm. Futbolçular da bilir. Bu, inanılmaz nəticədir, lakin biz arxayınlaşa bilmərik.

Biz ora qol vurmağa gedəcəyik. Məndə belə bir hiss yaranıb ki, öz stadionumuzda nəsə bir mistika var. Biz bu mövsüm burada xüsusi bir iş görürük”, – “Siti”nin baş məşqçisi deyib.

Aut.az