İşə avtobusla gəlib, “Bugatti” ilə qayıdıb
Corcina Rodrigez “Netflix”də yayımlanan “I Am Georgina” (Mən Corcinayam) filmində Kriştiano Ronaldo ilə ilk görüşü və bundan sonra həyatında baş verən dəyişikliklərdən danışıb.
Aut.az xəbər verir ki, o bildirib ki, Ronaldo ilə tanışlığı çalışdığı “Gucci” mağazasında olub. Portuqaliyalı superulduz onu görüşə dəvət etməzdən əvvəl yolları ziyafətlərdən birində kəsişib:
“Çox həyəcanlandım, restorana gedərkən əllərimiz toxundu və mənə elə gəldi ki, bu əllər çoxdan mənimlədir. Yenidən toxunduqda biz onları açmadıq. Onlar tanış əllər idi, bir-birinə tam uyğun gəlirdi. Yemək yedik, evə getdim. Ürəyim dəli kimi döyünürdü.
Onu görmək və yanında olmaq üçün can atırdım Amma özüm yazmaq istəmirdim. Oyundan sonra mənə mesaj yazdı. Ona gözlədiyimi və tam hazır olduğumu söyləmədim. Evdə olduğumu və artıq yatmağa hazırlaşdığımı bildirdim. Ancaq o, yeməyə getməyi təklif etdi və mən də razılaşdım.
İlk görüşlərdən birində Ronaldo məni “Bugatti” ilə işdən götürməyə gəldi. İş yoldaşlarım buna inana bilmirdilər. İşə avtobusla gəldim, “Bugatti” ilə getdim”.
