Onların döyüşünü Tramp da izlədi – FOTO
ABŞ-ın sabiq prezidenti Donald Tramp qarışıq döyüş növləri üzrə turnirləri mütəmadi olaraq arenadan izləyir.
O, UFC prezidenti Deyn Uaytla yaxın dostdur. Aut.az xəbər verir ki, Tramp bu gün səhər saatlarında Mayamidə baş tutan UFC 287 turnirinin əsas döyüşündə Nigeriya əsilli Yeni Zelandiyalı döyüşçü İsrail Adesanya braziliyalı Aleks Pereyra ilə qarşılaşıb.


Tramp da bu döyüşü arenadan izləyib. İsrail braziliyalı rəqibinə 2-ci raundda nokautla qalib gəlib.
Qeyd edək ki, Tramp bir neçə gün əvvəl maliyyə maxinasiyalarına görə məhkəmə önünə çıxarılmışdı. Görünür, sabiq prezident bu döyüşə baxmaqla məhkəmə stressini üzərindən atmağa çalışıb.
Aut.az
