Azərbaycan futbolu

“Qarabağ” məğlub oldu

“İzmir Cup – 2023” turnirinin qrup mərhələsinin 5-cü turunun oyunları keçirilib.

Aut.az xəbər verir ki, “Qarabağ”ın U-12 komandası Türkiyənin “Başakşəhər” klubu ilə qarşılaşıb. Qarşılaşma “atlılar”ın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

“Qarabağ” bu gün  “Altınordu”, “Manisa” və “Portu” klubları ilə qarşılaşacaq.

Azərbaycan təmsilçisi ilk oyun günündə “Ayaks” və “Srvena Zvezda”ya uduzub (hər iki oyun – 0:2), “Boluspor”la heç-heçə edib.