Azərbaycan futbolu

Azərbaycanda oynamış futbolçu xərçəngə tutuldu

“Kəpəz”in sabiq futbolçusu Sergey Litovçenko ağır xəstəliyə tutulub.

Aut.az xəbər verir ki, ukraynalı keçmiş qolkiperə xərçəng diaqnozu qoyulub. Onun müalicəyə və bahalı dərmanları almağa gücü çatmadığından sosial şəbəkələrdə yardım kampaniyası başladılıb.

Litovçenko 2018-ci ildə qısa müddət “Kəpəz”in formasını geyinib. O, son olaraq Qazaxıstanın “Maktaral” klubunda çıxış edəb və bu ilin fevralında karyerasını başa vurub.

Azərbaycanda oynamış futbolçu xərçəngə tutuldu