Bu klublar ÇL-də qaz vurub, qazan doldurublar
“Real” 2021/2022 mövsümündə Avropa yarışlarında UEFA-dan ən böyük məbləği alıb.
Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. İspaniya klubunun 133,7 milyon avro qazandığı qeyd edilir. İlk üçlüyə həmçinin “Liverpul” (120 milyon avro) və “Bavariya” (110 milyon avro) daxil olub.
“Mançester Siti” 109 milyon avro, PSJ isə 92 milyon avro, Çempionlar Liqasının qrup mərhələsinin iştirakçıları orta hesabla 61,8 milyon avro qazanıblar.
Avropa Liqasında “Ayntraxt” (38 milyon avro) ən böyük məbləği alıb. Çempionlar Liqasını tərk edən, daha sonra Avropa Liqasının 1/4 finalında alman komandasına uduzan “Barselona” 64,6 milyon avro qazanıb. Qeyd edək ki, Konfrans Liqasının qalibi “Roma” 19,2 milyon avro əldə edib.
Aut.az
