Azərbaycan futbolu

Veşoviç oynadı, komandası uduzdu

“Qarabağ”ın futbolçusu Marko Veşoviçin formasını geyindiyi Monteneqro millisi Avro-2024-ün seçmə mərhələsində ikinci oyununa çıxıb.

Aut.az xəbər verir ki, G qrupunda yer alan sözügedən komanda evdə Serbiya ilə qarşılaşıb. Görüş qonaqların qələbəsiylə başa çatıb – 0:2.

Veşoviç də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan müdafiəçi sona qədər oynayıb.