Dünya futbolu

20 ildir evdə xal itirmir

İspaniya millisi Avropa çempionatlarının seçmə mərhələlərində evdəki qələbə seriyasını 23 matça çatdırıb. Komanda Luis de la Fuentenin rəhbərliyi altında debüt oyununda Norveçi böyük hesabla məğlub edib – 3:0.

Aut.az xəbər verir ki, İspanlar sonuncu dəfə seçmə mərhələdə 2003-cü il iyunun 7-də ev oyununda xal itiriblər. Komanda Yunanıstana 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, İspaniya millisi Avro-2024-ün seçmə mərhələsində martın 28-də Şotlandiya ilə səfərdə qarşılaşacaq.