Həmin gecə atasını yada salaraq ağlayıb
Argentina millisinin və “Roma”nın hücumçusu Paulo Dibala atası haqda danışıb.
Aut.az xəbər verir ki, Dibala atasını 12 yaşında itirib. İndi o əmindir ki, atası oğlunu dünya çempionu kimi görməkdən şaddır.
“Bu yaxınlarda yatmağa hazırlaşanda sevgilimlə bu haqda danışdıq. Dünya çempionluğunu qazandığım ilk gecədə ağladım. Bu o gecə idi ki, onu yanımda görmək istəyirdim, amma… Xatirələr üstümə çökdü. Qalib gəlməyə layiq insan o idi: uşaq vaxtı məni hər məşqə aparanda bütün səylərini sərf edən insan. Mənə verdiyi hər şeyə görə ona minnətdaram, o, çox xoşbəxt olmalıdır”, – deyə “TyC Sports” Dybaladan sitat gətirir.
Aut.az
