Digər

Məmmədli “gümüş” qazandı

Azərbaycanın stolüstü tennisçisi Yağmur Məmmədli Türkiyədə keçirilən beynəlxalq turnirin mükafatçıları sırasına düşüb.

Aut.az xəbər verir ki, Antalyada təşkil olunan “Pro-Tur” yarışının qrup mərhələsini ikinci yerdə başa vuran Məmmədli 1/4 finalda Duru Kırbacı, yarımfinalda Gülce Dönmezi mübarizədən kənarlaşdırıb.

Finalda digər yerli idmançı Nil Başarana 2:3 hesabı ilə uduzan Məmmədli, turnirin gümüş mükafatına layiq görülüb.