Azərbaycan futbolu

“Qarabağ” onları “Qalatasaray”la oyuna dəvət etdi – FOTOLAR

Martın 26-da Bakıda “Qarabağ” və “Qalatasaray” komandaları arasında xeyriyyə matçının keçiriləcəyi barədə məlumat vermişdik.

Aut.az xəbər verir ki, Ağdam təmsilçisi Türkiyədə baş verən zəlzələ qurbanlarına dəstək məqsədiylə keçirilən yoldaşlıq oyunu ilə bağlı müəyyən addımlar atacaq.

44 günlük müharibə zamanı şəhid olan Fərid Dursunovun övladları da İstanbul təmsilçiylə qarşılaşmaya dəvət ediləcək. Fərid Dursunovun arzusu şəhid olarkən məzarına Azərbaycan bayrağı ilə yanaşı “Qalatasaray” bayrağının da asılması olmuşdu.

"Qarabağ" onları "Qalatasaray"la oyuna dəvət etdi - FOTOLAR

"Qarabağ" onları "Qalatasaray"la oyuna dəvət etdi - FOTOLAR

Bundan başqa, Vətən müharibəsinin 10-cu günündə Türkiyə “A haber” kanalına müsahibə verərkən iki komanda arasında oyunun Xankəndidə keçirilməsini arzulayan Murad Hüseynov da oyunu izləyənlər arasında olacaq. Hüseynov bu məqsədlə artıq “Qarabağ”ın bazasına dəvət edilib.

"Qarabağ" onları "Qalatasaray"la oyuna dəvət etdi - FOTOLAR

"Qarabağ" onları "Qalatasaray"la oyuna dəvət etdi - FOTOLAR