Qalatasaray”ın oyununda mistik anlar – FOTO
Şənbə günü “Qalatasaray” “Kasımpaşa”ya qalib gələrək (1:0) Türkiyə Superliqasında liderliyini möhkəmləndirib.
Aut.az xəbər verir ki, bu qarşılaşma üçün “Nike” xüsusi forma hazırlayıb. Formalar Türkiyə və Suriyada 50.000-dən çox insanın həyatına son qoyan dağıdıcı zəlzələnin qurbanlarına dəstək olmaq üçün hazırlanıb.

Dəst, demək olar ki, tamamilə qara rəngdə olub. O cümlədən istehsalçının loqosu və klubun emblemi. Yalnız sarı rəngli yazı diqqəti cəlb edir: “Birlikdə”.
Mistika odur ki, qarşılaşmada qələbə qolunu 17-ci nömrəli formada meydana çıxan Nikolo Zaniolo vurub. O, bu nömrəni zəlzələ zamanı vəfat etmiş “Qalatasaray”ın 17 yaşlı azarkeşi Məhəmməd Emin Özkanın xatirəsinə götürüb.

Bu, Nikolanın İstanbul klubunda ilk rəsmi oyunu və ilk qolu olub.
Satışdan əldə edilən bütün gəlirlər zəlzələdən zərər çəkənlərə yardım ediləcək. Formaları klubun internet mağazasında 799,99 lirəyə (təxminən 77 manat) almaq olar.

Aut.az
