Dünya futbolu

Azərbaycanlı futbolçular Latviya çempionatında debüt etdilər

Azərbaycanlı futbolçular Nazim Həsənzadə və Ramin Nəsirli Latviya çempionatında “Dauqavpils”in heyətində debüt ediblər.

Aut.az xəbər verir ki, hər iki futbolçu Latviya çempionatının ilk turunda “Tukums 2000″la (0:1) görüşdə oynayıblar.

Nəsirli 88 dəqiqə, Həsənzadə isə 82 dəqiqə meydanda olub, bundan sonra əvəzlənib.

Nazim Həsənzadə “Dauqavpils”ə “Turan-Tovuz”dan, Ramin Nəsirli isə “Neftçi”dən keçmişdi.