Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi karyerası ilə bağlı mühüm açıqlama verib.
Aut.az xəbər verir ki, “Radio Crc”-ə açıqlama verən 66 yaşlı mütəxəssis AFFA ilə ilin sonunda bitəcək müqaviləni yeniləməyəcəyini bildirib:
Düşünürəm ki, müqavilə müddəti bitəndən sonra onu bir daha uzatmayacağam. Məndən əlimdən gələni etməyimi istədilər. Ardıcıl 5 oyunda qalib gəldik. Məncə, bu, qeyri-adi bir şey idi. Düşünürəm ki, müqavilə müddəti bitəndən sonra onu daha uzatmayacağam”.
De Byazi millimizin heyətiylə bağlı da danışıb. O, legioner futbolçuların sayının az olduğunu qeyd edib. Eyni zamanda, millinin “bir nömrə”si Şahruddin Məhhəmmədəliyevin yoxluğunda hansı qapıçıya şans verəcəyini də açıqlayıb:
“Mənim Azərbaycandan kənarda çıxış edən dörd oyunçum var. Anton Krivotsyuka baxmaq üçün Cənubi Koreya çempionatını izlədim. Bu, dəlilik olsa da, gözəldir. İtaliya A Seriyasında oynayacaq futbolçu yoxdur. Amma bəzi gənc futbolçular inkişaf edə bilər. Mahir Emreli yaxşı keyfiyyətlərə malikdir. Lakin onlardan istifadə edə bilmir. Növbəti matçda yəqin ki, 20 yaşlı qapıçı (“Sabah”ın qolkiperi Yusif İmanovu nəzərdə tutur) oynadacağam. Çünki artıq qapıçılarım yoxdur. Onun yaxşı bacarığı var. Məncə, bir oyunçu gənc olsa da, ona şans vermək düzgündür”.
Qeyd edək ki, Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində martın 24-də Avstriyanın, 3 gün sonra isə İsveçin qonağı olacaq.