“Real”ın yeni forması haqda: Zibildir
“Real”ın futbolçusu Toni Kroos maraqlı açıqlama ilə gündəmə gəlib.
Aut.az xəbər verir ki, almaniyalı futbolçu Madrid klubunun formasını tənqid edib. Buna səbəb “kral klubu”nun tərəfdaşı “Adidas”ın yaxalıqlardan istifadə etməsi olub:
“Bu mövsüm üçün formalarımızda yaxalıq var. Düzgün deyil. Polo yaxalıqlı formalarla futbol oynamazlar. Bu, oyunçuları narahat edir. Çox çirkin görünürlər. Zibil kimi bir şeydir”.
Qeyd edək ki, “Adidas” Kroosun vətəni Almaniyaya məxsus brendidir.
