Türkiyə

Türkiyə millisinin üzvü İspaniya nəhəngi ilə anlaşdı – FOTO

Türkiyə millisinin üzvü Çağlar Söyüncü karyerasını İspaniyada davam etdirəcək.

Aut.az xəbər verir ki, İngiltərə təmsilçisi “Lester”də çıxış edən 26 yaşlı müdafiəçi mövsümün sonunda komandadan ayrılacaq. O, klubu ilə iyunda bitəcək müqavilənin müddətini artırmayacaq. Türkiyəli futbolçunun yeni mövsümdən çıxış edəcəyi klubun adı artıq bəllidir. Bu barədə “Todofichajes” məlumat yayıb.

Bildirilir ki, Çağlar La Liqa təmsilçisi “Atletiko” ilə ilkin müqavilə imzalayıb. O, mövsümün sonunda azad agent kimi İspaniya nəhənginə keçəcək.

“Lester”də bu mövsüm cəmi 4 oyunda start heyətində meydna çıxan müdafiəçinin xidmətində “Liverpul” da maraqlı olub. Ancaq madridlilər onunla razılığa daha tez gələ bilib.

Türkiyə millisinin üzvü İspaniya nəhəngi ilə anlaşdı - FOTO