Azərbaycan futbolu

“Neftçi”nin stadionu adsız qaldı – “Bakcell” müqaviləni uzatmadı

“Neftçi”nin ev oyunlarını keçirdiyi stadionun adı dəyişdirilir.

Aut.az xəbər verir ki, martın 1-dən etibarən stadion “Bakcell Arena” adlanmayacaq. Şirkətlə AFFA arasında 2013-cü ildən başlayan və dəfələrlə müddəti uzaldılan əməkdaşlıq fevralın 28-də başa çatıb.

Qeyd edək ki, stadion AFFA-nın balansındadır. “Neftçi” isə icarə əsasında arenanın xidmətindən yararlanır.