İspaniya

Ronaldinyo debüt etdi, 1 milyon azarkeş izlədi

Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo İspaniya media liqasında “Porcinos”un heyətində debüt edib.

Aut.az “Marca”ya istinadla xəbər verir ki, futbolçu “Pio” ilə Krallar Liqasının 8-ci turunun oyununa komanda ilə birlikdə çəhrayı limuzində gəlib. Braziliyalı ilk hissənin 5-ci dəqiqəsində kapitan sarğısını alaraq ehtiyatdan meydana daxil olub.

Oyunun onlayn platformalarda yayımını ümumilikdə bir milyondan çox azarkeş izləyib.

“Kings League” şou-biznes ulduzları və futbol əfsanələrindən ibarət komandaların iştirakı ilə keçirilən turniridir. Matçlar Barselonada 7×7 formatında keçirilir və 40 dəqiqə davam edir.

Aut.az