Dünya futbolu

Marselo bu klubla anlaşdı – FOTO

“Real”ın sabiq müdafiəçisi Marselo karyerasını vətənində davam etdirəcək.

Aut.az xəbər verir ki, o, yetirməsi olduğu Braziliyanın “Fluminense” klubu ilə anlaşıb. Bu barədə futbolçunun özü sosial şəbəkələdə məlumat verib.

Marselo bu klubla anlaşdı – FOTO

Müdafiəçinin son klubu “Olimpiakos” olub. Marselo 2022-ci ilin sentyabrından Yunanıstan komandasında çıxış edirdo. O, bu kluba “Real”dan keçmişdi. Braziliyalı “Olimpiakos”da 10 oyun keçirib və 3 qol vurub.

Aut.az