Digər

Azərbaycanlı çempion partlayış nəticəsində öldü

Güney azərbaycanlı boks çempionu qaz partlayışı nəticəsində vəfat edib.

Aut.Az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, Həmədanın Meryanc şəhərində şəxsi mənzildə baş verən partlayış nəticəsində İranın tanınmış  çempionlarından biri olan Sina İnayətizadə həyatını itirib.

Partlayışdan sonra evin tavanının çökməsi nəticəsində 22 yaşlı azərbaycanlı çempion vəfat edib.