“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb.
Aut.az xəbər verir ki, “köhlən atlar” Belçikanın “Gent” komandası ilə qarşılaşıb. Bütün oyun ərzində üstün futbol sərgiləyən “atlar” bunun haqqını alıblar və 1:0 hesabı ilə qalib gələrək, cavab oyunu üçün üstünlük qazanıblar.
“Qarabağ”la “Gent” arasında cavab oyunu fevralın 23-də, Belçikada keçiriləcək.
Konfrans Liqası, 1/16 final
İlk oyun
16 fevral
Qarabağ – Gent (Belçika) 1:0
Qol: L.Andrade, 78.
Matçın 52-ci dəqiqəsində R.Şeydayev penaltidən yararlana bilməyib (qapıçı)
Hakimlər: Məhəmməd Al-Hakim Fredrik Klyver, Robin Vilde, Bojan Pandzic (hamısı İsveç)
VAR hakimləri: Bartosz Frankovsk, Pavel Pskit (Polşa)
Hakim-inspektor: Uno Tutk (Estoniya)
UEFA nümayəndəsi: Peadar Ryan (İrlandiya)
Bakı. T.Bəhramov adına Respublika stadionu
Qarabağ: 23. Luka Quqeşaşvili. 6. Julio Romao, 8. Marko Yankoviç, 9. Musa Qurbanlı, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzya, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 87. Adama Diakabi, 99. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
Gent: 33. Deyvi Rof, 2. Cozef Okumu, 5. Mişel Nqadye-Nqadyui, 7. Xönseok Xon, 11. Uqo Kuypers, 13. Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 20. Villi Orban, 23. Cordan Torunariqa, 24. Sven Kums (k), 31. Bruno Qodo.
Ehtiyat oyunçular: 1. Pol Nardi, 10. Yens Petter Hauge, 17. Endryü Hyulsager, 19. Malik Fofana, 22. Seleyman Marre, 25. Nurio Fortuna, 29. Loran Depuatr.
Baş məşqçi: Heyn Vanhazebruk.