Azərbaycan futbolu

Qurbanov minifutbolda

“Neftçi”nin sabiq futbolçusu Nicat Qurbanovun yeni ünvanı məlum olub.

Aut.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi minifutbol komandası “Veteran”la müqavilə imzalayıb. Onunla sözləşmənin müddəti 2023 il iyunun 30-dək nəzərdə tutulub.

Nicat Qurbanov karyerası ərzində “Neftçi”, “Simurq”, AZAL, “Kəpəz”, “Zirə”, “Sumqayıt”, “Samtrediya” kimi klublarda çıxış edib. O, ötən ilin martında futbolçu karyerasını bitirdiyini açıqlamışdı.