Türkiyə

“Hatayspor” çempionatdan çəkildi

Türkiyənin “Hatayspor” klubu Superliqada iştirakını dayandırıb.

Aut.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Futbol Federasiyasının rəhbəri Mehmet Büyükekşi verib. O bildirib ki,  “Qaziantep”in də çempionatda iştirakı sual altındadır:

“Mənə “Hatayspor” klubundan məktub gəldi ki, bu mövsüm daha oynaya bilməyəcəklər. Sabah və ya o biri gün bizim idarə heyətinin iclası olacaq.

“Qaziantep” prezidenti bu gün onlayn olaraq müzakirəyə qatıldı. Klub hələ də gələcək iştirakla bağlı qərar verə bilməyib. Onlara bazar ertəsinə qədər vaxt verdik”.