Azərbaycan futbolu

Millimizin üzvü Gürcüstan klubunda

“Sabah”ın futbolçusu Abdulla Xaybullayev karyerasını Gürcüstanda davam etdirəcək.

Aut.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi “Samtrediya”ya keçib. Bu barədə qonşu ölkə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. U-21 millimizin üzvü “Samtrediya”da icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Abdulla Xaybullayev cari mövsümdə “Sabah”ın heyətində 4 matçda meydana çıxıb.