BOK Rusiya və Belarusun qarşısına şərt qoydu
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlara buraxılması şərtlərini yüngülləşdirib.
Aut.az xəbər verir ki, BOK Rusiya və Belarus təmsilçilərinə neytral statusda mübarizə aparmağı təklif edib.
Həmçinin, qeyd olunur ki, Rusiya və Belarusda heç bir beynəlxalq idman tədbirləri keçirilməsin və bu ölkələrin dövlət rəsmiləri heç bir beynəlxalq yarışa qonaq qismində dəvət olunmasın. Yarışlar zamanı bu iki ölkənin bayraqları tribunalara buraxılmayacaq və himnləri səsləndirilməyəcək.
