“Bayer”in qapıçısı “Qarabağ”a gəlir? – Qurban Qurbanov təsdiqlədi ki…
Azərbaycan Premyer Liqasının 19-cu turunun “Turan Tovuz” – “Qarabağ” matçından sonra qonaqların baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, 50 yaşlı mütəxəssis oyunun çətin keçdiyini bildirib:
“İlk dəqiqələrdən gərgin oyun alımdı. Çox möhkəm komandaya qarşı oynadıq. Rəqibin iki hücumçusu müdafiə xəttimizə çox çətinlik yaratdı. Antalyadan birbaşa bura gəlmişik. Futbolçularda bir az yorğunluq var idi. Ən vacib üç xallarımızdan birini qazandıq”.
Qurbanov transferlərdən də danışıb. O, qapı xəttinə axtarışların davam etdiyini söyləyib. Adı “Qarabağ”ın tranafer siyahısında olan Leverkuzen “Bayer”inin qolkiperi Andrey Lunyovla bağlı sualı da cavablandırəb:
“Axtarış da gedir, danışıqlar da. Qarşıda bir neçə gün vaxtımız var. Məqsədimiz əlimizdə olan futbolçuların idman formasını yaxşılaşdırmaqdır. Futbolçularımın hər birinə güvənirəm. Lunyova gəlincə, hələ ki, ancaq danışıqlar gedir”.
