Türkiyə

Ronaldoya görə “Əl-Nəsr”dən ayrılan futbolçu İstanbul klubunda

Kriştianu Ronaldunun “Əl Nəsr”ə transferindən sonra Səudiyyə Ərəbistanı təmsilçisindən ayrılan Vinsent Abubakar “Beşiktaş”a qayıdacaq.

Aut.Az xəbər verir ki, məlumatı “Lequipe” yayıb.

 

Mənbənin iddiasına görə, Abubakar tezliklə “Beşiktaş”la 2,5 illik müqavilə imzalayacaq.

Kamerunlu hücumçu 2021-ci ilin yayından Səudiyyə Ərəbistanı klubunda çıxış edirdi. O, bu klubda 39 oyuna çıxıb, 13 qol vurub və 6 məhsuldar ötürmə edib. Abubakar əvvəllər “Beşiktaş”da oynayıb – 2016-2017-ci illərdə (icarə əsasında) və 2020-2021 mövsümündə.