Azərbaycan futbolu

“Neftçi” fransalı futbolçu ilə anlaşdı

Aut.az xəbər verir ki,, fransalı sol cinah vingeri Keelan Lebonla heyətinə qatmaq üzrədir. Yaxın günlərdə 25 yaşlı futbolçu ilə rəsmi müqavilə imzalanacaq.

"Neftçi" fransalı futbolçu ilə anlaşdı

Karyerasına “Amyen”də başlayan futbolçu ölkəsində “Paris”, “Şambli”, “Qazalek”, “Kretey”, “Ayaçço” komandalarında çıxış edib. O, eyni zamanda Bolqarıstanın “Beroe” klubunda legioner həyatı yaşayıb. Yarımmüdafiəçi hazırda müqavilə ilə Qazaxıstan təmsilçisi “Astana”ya məxsusdur. Amma “sarı-göylər”dəki problemlərə görə klubdan ayrılmağı planlaşdırır.