Dünya futbolu

“Benfika”da yeni hücumçu

“Benfika” heyətini yeni futbolçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, Portuqaliya təmsilçisi Danimarkanın “Kopenhagen” klubundan Kasper Tenqstedti transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı forvardla 5 illik müqavilə imzalanıb.

Kasper peşəkar karyerasında “Kopehangen”dən əvvəl “Horsens” və “Midtyullen”də çıxış edib. O, ümumilikdə 142 matçda 73 qola imza atıb.

“Benfika” forvard üçün 7 milyon avro ödəyəcək.