Cüdo

Azərbaycanlı məşqçi vəfat etdi

Azərbaycan cüdosunda itki baş verib.

Aut.az xəbər verir ki, yanvarın 12-i Bakı şəhəri 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin cüdo üzrə baş məşqçisi Rüfət Süleymanov vəfat edib. Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. Süleymanovun ölüm səbəbi açıqlanmayıb.

O, 25 sentyabr 1983-cü ildə anadan olub. 2003-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 2004-2012-ci illərdə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində cüdo məşqçisi kimi fəaliyyət göstərib. Mərhum “Judo Masters Club”un rəhbəri olub.

 

Azərbaycanlı məşqçi vəfat etdi