Azərbaycan futbolu

“Neftçi” bu futbolçunu Portuqaliya klubuna satır

“Neftçi” Portuqaliyanın “Arouka” klubu ilə Yusuf Lavalın satışı ilə əlaqədar rəsmi danışıqlara başlayıb.

Aut.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Nigeriyalı yarımmüdafiəçi bu gün komandanın düşərgəsindən ayrılaraq Bakıya dönəcək. O, viza problemini həll etdikdən sonra Portuqaliyaya yola düşəcək.

Yusuf Laval tibbi baxışdan uğurla keçəcəyi halda, tərəflər arasında rəsmi satış müqaviləsi imzalanacaq.

Qeyd edək ki, 2020-ci ilin yayında Belçikanın “Lokeren” klubundan “Neftçi”yə transfer edilən Yusuf Laval bu komandanın heyətində ümumilikdə 88 oyun keçirib və 6 qol vurub.

 

"Neftçi" bu futbolçunu Portuqaliya klubuna satır