Zidan 3 millinin təklifini rədd etdi
“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan Portuqaliya, Braziliya və ABŞ millilərindən təklif alıb.
Aut.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Fransalı mütəxəssis yeni iş axtarır və bu təkliflərə “yox” deyib.
Zidan Fransa yığmasını çalışdırmaq istəsə də, “xoruzlar” baş məşqçi Didye Deşamla müqaviləni 2026-cı ilə qədər uzadıb.
Zidan 2021-ci ilin yayından işsizdir.
