Çıxıb izahat versin
“Barselona”nın baş məşqçisi Xavi hesab edir ki, İspaniya çempionatının 15-ci turunun “Espanyol”la (1:1) matçının baş hakimi Mateu Laos oyuna nəzarəti itirib.
Aut.az xəbər verir ki, “BarcaUniversal” “Twitter”də Xavinin fikirlərini yayıb:
“Bu gün Laos oyuna nəzarəti itirdi. O, sakitcə qərar verən hakimdir, amma bu gün oyun onun nəzarətindən çıxdı. Bununla belə, mən onu heç nəyə görə qınamıram.
Siz məndən hakim haqqında soruşursunuz, ona görə də deyirəm ki, çıxıb qərarlarına izah verməlidir. Laos indi mətbuat konfransında danışsaydı, ondan oyunun niyə nəzarətdən çıxdığını soruşardım.
Laosla qucaqlaşmağımız? Məni gördüyünə sevindiyini dedi, cavab verdim ki, mən də xoşbəxtəm”.
Aut.az
