Baş məşqçini prezident özü tapacaq
Braziliya millisinin yeni baş məşqçisinin adının açıqlanacağı vaxt müəyyənləşib.
Aut.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyası məlumat yayıb. Yeni çalışdırıcının adı 2023-cü ilin yanvarında açıqlanacaq.
Bildirilir ki, qurumun rəhbəri Ednaldo Rodriges müstəqil olaraq yeni məşqçi axtarışındadır. Konfederasiya prezidenti heç kimə qurum adından yeni məşqçi axtarışına icazə verməyib.
Qeyd edək ki, 2016-cı ildən Braziliya millisində çalışan Tite komandanın DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya məğlub olmasından sonra baş məşqçi vəzifəsini tərk edib.
