Banklar Liqası start götürür – Püşk atıldı
ETOPAZ-ın baş sponsorluğu, “Fire League”nın təşkilatçılığı ilə keçiriləcək Banklar liqasının püşkatma tədbiri baş tutub.
Aut.az xəbər verir ki, yarışda 10 komanda 2 – A və B qruplarında mübarizə aparacaq. Hər qrupdan 4 komanda pley-off mərhələsinə yüksələcək.
Oyunlar 11 dekabr tarixində start götürür. Turnir 2 ay davam edəcək.









