Azərbaycan futboluManşet

Moldova ilə oyundakı qələbəyə görə nə qədər mükafat veriləcək?

Azərbaycan yığması noyabrın 16-da Moldova ilə yoxlama  görüşü keçirib və 2:1 hesabı ilə qalib gəlib. Yoxlama görüşü olmasına baxmayaraq, AFFA bu qələbəyə görə futbolçulara mükafat verəcək.

Mükafatın məbləği də bəllidir. AFFA-dakı mənbənin Aut.az-a verdiyi məlumata görə, start heyətində meydana çıxan hər bir futbolçu 15 min manat alacaq. Sonradan meydana çıxan futbolçuların hər birinin qazancı 10 min manat olacaq, ehtiyatda qalanlara isə 5 min manat veriləcək.

Məşqçilər heyətinin də hər bir üzvünə 15 min manat mükafat veriləcək.

Mənbə onu da bildirdi ki, Şimali Makedoniya ilə oyun üçün  daha böyük məbləğdə mükafat ayrılıb.

Aut.az