Oyun fəlsəfəsini açıqladı – “Olimpiakos”un baş məşqçisi
“Olimpiakos”un baş məşqçisi Miçel Qonsales “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl keçirilən mətbuat konfransında fikirlərini bildirib.
Aut.az xəbər verir ki, 59 yaşlı mütəxəssis “Qarabağ”a qalib gəlmək istədiklərini deyib:
“3 xal qazanmaqdan başqa nəticə haqda düşünmürük. Bunu bacara bilərik. Hansı klubu təmsil etdiyimizi yaxşı bilirik. Mənim oyun fəlsəfəm ancaq qələbəyə hesablanıb. İlk addımı atmalıyıq.
“Qarabağ” çox yaxşı kollektivdir. Bəzi top komandalarla oyunlarda gözəl qələbələr qazanıb. İllərdir avrokubokların qrup mərhələsində çıxış edir. Rəqibə hörmətlə yanaşırıq”.
Qeyd edək ki, oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
