“Səbail” Ermənistan klubu deyil – FOTOLAR
Dünyanın tanınmış futbol şirkətlərindən biri olan “Transfermarkt” Azərbaycanla bağlı kobud səhvə yol verib.
Aut.az xəbər verir ki, portalın rəsmi instaqram səhifəsi paylaşımlarından birində Maykl Essyenin çıxış etdiyi “Səbail” klubunu Ermənistan təmsilçisi kimi təqdim edib. Ancaq şirkətin səhvi cavabsız qalmayıb.
Qanalı sabiq futbolçu paylaşıma şərh yazaraq “Transfermarkt”dan səhvin düzəldilməsini tələb edib:
“Paylaşılan bayraq səhvdi, düzəliş edin. Mənim sonuncu klubum “Səbail” Azərbaycan təmsilçisidir”.
Futbolçunun reaksiyasından sonra paylaşım silinib. “Səbail” klubu da məsələ ilə bağlı “Transfermarkt” şirkətinə etirazını bildirib.


