İspaniya

Gündoğanın “Barsa”da bəyəndiyi 3 futbolçu

İlkay Gündoğan “Barselona”da bəyəndiyi 3 futbolçunun adını açıqlayıb.

“Birlikdə oynamağı səbirsizliklə gözlədiyim 3 futbolçu?  Levandovski, Ter Ştegen və Pedri”, – İlkay “Barselona”nın rəsmi saytına bildirib.

Gündoğan 2011-2014-cü illərdə Robert Levandovski ilə Dortmund “Borussiya”sında çıxış edib.

İkisi birlikdə 77 oyun keçiriblər. Onlar birlikdə Bundesliqa (2011/12), Almaniya kubokunu (2011/12) və Almaniya Superkubokunu (2013/14) qazanıblar.

Mark-Andre ter Ştegenə gəlincə, qapıçı Almaniya millisində Gündoğanla oynayır.

32 yaşlı futbolçunun növbəti mövsümdə Pedri ilə birlikdə necə oynayacağını da görmək maraqlıdır. Heç şübhəsiz ki, hər ikisi hücumammeyilli mövqedə olacaq.

Gündoğan gələn həftə əsas komandanın məşqinə qatılacaq. Bazar ertəsi o, “Barsa”nın oyunçusu kimi təqdim olunacaq.

Aut.az