Dünya futbolu

Karvaxal “Real”dakı gələcəyindən danışdı

“Real”ın müdafiəçisi və kapitanı Daniyel Karvaxal Madrid klubundakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, 34 yaşlı futbolçunun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

“Mən cəmi bu yaxınlarda zədədən bərpa olunmuşam. Mənə lazım olan yeganə şey məşq etmək və oyundan zövq almaqdır. Klub məni tam dəstəkləyir. Meydanda hansı səviyyəni göstərə biləcəyimi görmək üçün oynamalıyam. Hələlik eyni dalğadayıqsa, heç bir problem olmayacaq”, – deyə Karvaxal bildirib.

Aut.az