Dünya futbolu

Çempionlar Liqası matçında futbolçu rəqibini cinsi orqanından tutdu, qırmızı vərəqə aldı – VİDEO

Asiya Çempionlar Liqasının 6-cı turunun “Cohor Darul Ta’zim” (Malayziya) – Buriram Yunayted (Tayland) matçında qeyri-adi qayda pozuntusuna görə qırmızı vərəqə göstərilib.

Aut.az xəbər verir ki, birinci hissənin sonunda “Buriram”ın müdafiəçisi Thirathon Boonmathan ağrıdan qıvrılaraq ot örtüyünə yıxılan “Cohor”un hücumçusu Arif Aymanın cinsi orqanından yapışıb. Hakim yalnız VAR-ın göstərişindən sonra Boonmathanı kobud qayda pozuntusuna görə meydandan qovub.

Qeyd edək ki, bundan sonra “Cohor”un müdafiəçisi Murilo da 13-cü dəqiqədə meydandan qovulduğundan, heyət bərabərləşib.

Aut.az