Peres Papaya görün nələr hədiyyə etdi – FOTOLAR
“Real”ın prezidenti Florentino Peres Roma Papası XIV Leoya klubun xüsusi formasını hədiyyə edib.
Aut.az xəbər verir ki, iyunun 8-də “Santyaqo Bernabeu” stadionunda Roma Papasının Madrid yeparxiyasının icması ilə görüşü baş tutub.
Görüş zamanı Peres pontifikə üzərində onun adı – Robert Frensis Prevost və 1 nömrəsi yazılmış Madrid “Real”ı formasını, həmçinin klubun ev stadionunun miniatür maketini təqdim edib.
Roma Papası XIV Leo da öz növbəsində Florentino Peresə xatirə medalı hədiyyə edib.
Aut.az


