Dünya futbolu

Kloppun agenti qəzəbləndi: Bəsdirin, bezmişik

Alman məşqçi Yurgen Kloppun agenti mütəxəssisin Səudiyyə Ərəbistanına müntəzəm olaraq göndərilməsi ilə bağlı şayiələrdən bezdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, Mark Kosiçkenin sözlərinə görə, bu məlumat tamamilə əsassızdır.

“Bəsdirin, xahiş edirəm. Bu şayiələrdən bezmişik. Onlar absurd və mənasızdır”, -“WinWinAllSports” agentdən sitat gətirib.

Xatırladaq ki, Yurgen Klopp 2015-ci ildən 2024-cü ilə qədər “Liverpul”u çalışdırıb, daha sonra “Red Bull”da işləyib.

Aut.az