Azərbaycan futbolu

Azərbaycan millisi San Marinoya qalib gəlir – YENİLƏNİR

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün növbəti sınağına çıxacaq.

Aut.az xəbər verir ki, millimiz San Marino yığma ilə yoxlama oyunu keçirəcək.

Ayxan Abbasovun rəhbərlik etdiyi komandamız bu rəqiblə Macarıstanda qarşılaşacaq. Sombatxey şəhərindəki “Haladaş” stadionunda keçiriləcək oyunu Macarıstandan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Marton Ruş olacaq.

Xatırladaq ki, millimiz bir neçə gün öncə eyni məkanda Malta yığması ilə də qarşılaşmış və 0:2 hesabıyla uduzub.

Yoxlama oyunu
9 iyun

22:00. Azərbaycan – San Marino 2:1

Qollar: Rəhman Daşdəmirov 29, Renat Dadaşov, 49, – Nanni 9

Baş hakim: Marton Ruş (Macarıstan).
Sombatxey, “Haladaş” stadionu.

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 18. Cəlal Hüseynov, 2. Rəhman Daşdəmirov, 18. Tellur Mütəllimov, 6. Səbuhi Abdullazadə, 8. Emin Mahmudov (k), 25. Rüfət Abbasov, 26. Ayxan Hüseynov, 11. Rüstəm Əhmədzadə, 9. Renat Dadaşov

Baş məşqçi: Ayxan Abbasov:

San Marino: 1. Kolombo, 12. Tosi, 15. Posolini, 5. Celovi, 4. Fabbri, 18. Zannoni, 8. Kapiççioni, 25. Meloni, 21. Latsari, 11. Cakopetti, 9. Nanni (k)

Baş məşqçi: Roberto Cevoli