“Biləsuvar” AFFA Region Liqasında bürünc mükafatçı oldu
AFFA Region Liqasında üçüncü yerin sahibi müəyyənləşib.
Aut.az xəbər verir ki, “Biləsuvar” komandası turnirin bürünc mükafatçısı olub.
Bölgə təmsilçisi Şamaxı şəhər stadionunda geçirilən qarşılaşmada “Şəfəq”i 4:1 hesabı ilə üstələyib.
Bu gün finalda “Zəngəzur” və “Marafon” komandaları münasibətlərə aydınqlıq gətirəcəklər. Eyni arenada baş tutacaq görüş saat 16:00-da başlayacaq.
