Mbappe getsin – Bir neçə saat ərzində 400 min imza toplandı – FOTO
Kilian Mbappe ilə bağlı vəziyyət gərginləşməkdə davam edir.
Aut.az xəbər verir ki, “Madridistas” veb saytının istifadəçiləri fransız futbolçunun “Real Madrid”də qalmasına qarşı olduqlarını bildirən onlayn petisiya yayımlayıblar.
“Mbappe getsin” petisiyası dərhal internetdə yayılıb və artıq 400 mindən çox azarkeş tərəfindən imzalanıb.
Azarkeşlər Mbappenin klubdakı hazırkı mövqeyindən narazıdırlar.
Aut.az

