Dünya futbolu

Rus futbolçunun dopinq testi müsbət çıxdı

“Spartak”ın hücumçusu Anton Zabolotnıyın dopinq testi müsbət  nəticələnib.

Aut.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Mənbənin məlumatına görə, Rusiya Antidopinq Agentliyi (RUSADA) 34 yaşlı futbolçunun müvəqqəti diskvalifikasiyasının ləğvi ilə bağlı xahişi təmin edib və bu, ona mövsümü məhdudiyyətsiz başa vurmağa imkan verib.

Zabolotnıyın cəzası xəbərdarlıqdan tutmuş bir neçə illik diskvalifikasiyaya qədər dəyişə bilər.

Sanksiyalarla bağlı qərarın hücumçunun “Spartak” la müqaviləsi bitdikdən sonra veriləcəyi gözlənilir.

Zabolotnıy ötən yay Moskva klubuna keçib və 16 matçda qol vura bilməyib.

Антон Заболотный

Aut.az