Azərbaycan futbolu

Azərbaycan Kuboku: “Zirə” finalda – YENİLƏNİB

Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk cavab oyunu keçirilib.

Aut..az xəbər verir ki, ilk finalçının adına “Zirə” – “Turan Tovuz” matçında aydınlıq gəlib.

Zirədə baş tutan oyunu Əli Əliyev idarə edib. Paytaxt təmsilçisi ilk oyunda inamlı qələbəyə sevinmişdi. Cavab görüşü qolsuz bitdiyi üçün “Zirə” finala yüksələn tərəf olub.

Digər finalçının adına sabah keçiriləcək “Sabah” – “Qarabağ” matçında aydınlıq gələcək.

Bizon Azərbaycan Kuboku
1/2 final, cavab oyunu
21 aprel

19:00. “Zirə” – “Turan Tovuz” 0:0
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
VAR: Rauf Cabarov, Elşad Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu.
(İlk oyun – 2:0).

“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 26. Stefan Aka 4. Ruan Renato 9. Davit Volkov 28. Leroy Mikels 30. Rikardo Martins 20. İssa Cibrila 93. Brahim Konate 5. Ange Mutsinzi 17. Ayron Qomis

Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 73. Anatoli Nuriyev 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 25. Enrike Kustodio 10. Giorgi Papunaşvili 11. Junior Martins 22. Eren Aydın

Baş məşqçi: Rəşad Sadıqov

“Turan Tovuz”: 1. Oleq Baklov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 23. Alexandro Serrano 90. Joarlem Santos 99. İbrahima Vadji 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 2. Mark Rene Mampassi

Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 29. Filip Ozobiç 4. Şəhriyar Əliyev 88. Faiq Hacıyev 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 3. Enrike Silva 9. Coş Cinnelli 8. David Tavareş

Məşqçi: Yunis Hüseynov