Digər

19 yaşında xərçənglə mübarizədən imtina etdi: Dəfnini planlaşdırır

19 yaşlı belçikalı velosipedçi Yilke Mihilsen xərçənglə mübarizəni dayandırmaq qərarı verib.

Aut.az xəbər verir ki, o, artıq öz dəfn mərasimini planlaşdırmağa başlayıb. Bu barədə “Sporza” məlumat yayıb.

2023-cü ilin sentyabrında, Mihilsen 16 yaşında olarkən ona sümük xərçənginin aqressiv forması olan Yuinq sarkoması diaqnozu qoyulmuşdu. Xəstəlik terminal mərhələdə idi. Gənc idmançı 14 kurs kimyaterapiya və 33 şüa terapiyası keçib. 2024-cü ilin yayında xəstəliyi məğlub etmək mümkün olsa da, 2025-ci ilin yazında xərçəng yenidən qayıdıb.

Hazırda isə Yilke orqanizminin tam tükəndiyini əsas gətirərək kimyaterapiyanı dayandırmaq qərarı verib. O, yalnız ağrıların azaldılmasına yönəlmiş palliativ müalicə ilə razılaşıb.

“Mən hər şeyi özüm etməyi nə qədər istəsəm də, görünür bədənim artıq imkanlarının son həddinə çatıb. Bir neçə gündür heç nə qəbul edə bilmirəm və qan göstəricilərim də ümid etdiyimiz kimi bərpa olunmur”, – deyə o bildirib.

Mihilsen öz nəslinin Belçikada ən perspektivli velosipedçilərindən biri hesab olunurdu. O, 15 və 16 yaşlarında ölkə çempionu adını qazanmışdı.

Aut.az