Dünya futbolu

Ulduz futbolçu dördüncü dəfə ata oldu

PSJ klubunun kapitanı Markinyoşun ailəsindən sevindirici xəbər gəlib.

Aut.az xəbər verir ki, braziliyalı futbolçunun dördüncü övladı dünyaya gəlib. Ona Filippo adı verilib.

Markinyoş və həyat yoldaşı Kerolun iki qızı və bir oğlu da var.

Müdafiəçinin Paris klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı braziliyalı futbolçunun transfer dəyərini 30 milyon avro qiymətləndirir. Cari mövsümdə Markinyos Fransa çempionatında 11 matçda iştirak edib.

Braziliyalı müdafiəçi 2013-cü ildən PSJ-də çıxış edir və ötən mövsüm komanda ilə birlikdə Çempionlar Liqasının qalibi olub.

Aut.az